Kino
Ağlamaq və gülməyin birləşdiyi nöqtədən gələn kino
“Tərk edilmişlər” (2023) filmi ağlamaq və gülməyin birləşdiyi nöqtədən gələn kinodur. Kövrəlirsiniz, ağlamaq istəyəndə gülürsünüz, qəhqəhə çəkmək istəyəndə film sizi yenə kövrəldir. Böyük ssenari tvistləri, kəskin süjeti olmasa da, bu isti kino adamı qəribə halı ilə axıra qədər saxlayır. Bu soyuq günlərdə qəlbinizi isindirmək üçün baxa bilərsiniz.
// Şərhlər
// Şərh yazın