Kulis.az Kamil Əlisoyun aktyor Taleh Yüzbəyovla müsahibəsini təqdim edir.
- Taleh bəy, bu yaxınlarda Qazaxıstanda keçirilən “Korkut Ata” film festivalında sizin “Bəlkə də” filminiz “Ən yaxşı ssenari” mükafatına layiq görüldü...
- Gözlənilməz oldu. Mən festivala, sadəcə, təcrübə kimi qoşulmuşdum. Gözləməzdim ki, film jürilərin xoşuna gələ bilər və əsas nominasiyalardan birində bizim filmi qalib edə bilərlər. Mənim üçün çox xoş idi. Əziyyətimin peşəkarlar tərəfindən bu formada dəyərləndirilməsi, əlbəttə, adama çox xoş gəlir. Zəngin təəssüratlarla ayrıldım. Festivalın "dadına baxdım". İstəyərəm ki, başqa festivallar da olsun.
Yenilənib:
08 iyun 2026, 18:40